Qazaxıstanda Xəzər suitisi haqqında açıq informasiya bazası yaradılacaq
Astana, 24 fevral, AZƏRTAC
Dünyanın qabaqcıl alimlərinin elmi araşdırmaları ilə bağlı məlumatları, izləmə sensorlarından aparılan monitorinqləri, həmçinin Xəzər dənizinə endemik olan Xəzər suitilərinin təhlilləri açıq informasiya bazasında toplanacaq.
AZƏRTAC Mərkəzi Asiya Ekoloji Tədqiqatlar İnstitutuna (CAIER) istinadla xəbər verir ki, layihə artıq on ildir Xəzər suitilərinin populyasiyasının qorunması ilə bağlı elmi-tədqiqat işləri aparan bu institut tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, bu müddət ərzində dəniz biomüxtəlifliyi sahəsində beynəlxalq alimlərin iştirakı ilə doqquz ekspedisiya aparılıb. İnstitutun məlumatında deyilir: “Bu tədqiqat layihələrinin məlumatları Xəzər dənizindəki fəlakətli ekoloji vəziyyəti göstərib və Xəzər suitisinin Qazaxıstanın Qırmızı Kitabına daxil edilməsi üçün əsas olub”.
Bundan əlavə, fevralın əvvəlində CAIER-in Böyük Britaniya, Qazaxıstan və ABŞ alimlərinin iştirak etdiyi Xəzər dənizinə növbəti elmi-tədqiqat ekspedisiyasının başa çatdığı bildirilir.
Ekspedisiya zamanı xəstə Xəzər suitilərinə baytarlıq yardımı göstərilib, su və qar nümunələri götürülüb, bir sıra unikal analizlər aparılıb. Heyvanlar, həmçinin yüngül biometrik izləmə sensorları ilə təchiz olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]