Qazaxıstandan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar artıb
Nur-Sultan, 18 mart, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar çətin iş şəraitinə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) sabit inkişafı, həmçinin tranzit konteyner daşımalarının artımına dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, TBNM-in inkişafına dair İşçi Qrupunun İstanbuldakı iclasında bildirilib ki, ötən il Qazaxıstan ərazisindən TBNM ilə tranzit yükdaşımalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 8,1 min TEU olub. 2021-ci ildə marşrutda tranzit artımı tendensiyası davam edir və ötən 2 ay ərzində 2,6 min TEU təşkil edib ki, bu da ötən ilin göstəricisindən 2,4 dəfə çoxdur.
Toplantıda Qazaxıstan və digər ölkələrdə intellektual mülkiyyət hüququnun qorunması, TBNM üzrə 2021-ci il üçün daşınma həcminin, tarif şərtlərinin və marketinq üzrə tədbirlər planının təsdiqlənməsi, marşrutun 2025-ci ilədək inkişaf strategiyasının hazırlanması, Avropa İttifaqında fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]