Qazaxıstanın bəzi bölgələrində quş qripi səbəbindən karantin tətbiq olunub
Nur-Sultan, 24 sentyabr, AZƏRTAC
Qazaxıstanın Kostanay vilayəti daxil olmaqla bəzi bölgə və yaşayış məntəqələrində quş qripi səbəbindən karantin tətbiq olunub. Kostanay bölgəsinin üç kəndindən quş əti ixracına qoyulan qadağa 21 gün davam edəcək.
AZƏRTAC xəbər verir ki, karantin bitdikdən sonra testlər üçün quşlardan qan alınacaq, diaqnoz təsdiqlənərsə karantin müddəti uzadılacaq.
Bölgəyə yüksək dərəcədə patogen quş qripinə qarşı peyvənd gətirilib.
Qeyd edək ki, Qazaxıstanın beş bölgəsinin 47 yaşayış məntəqəsində quşların məhv olması qeydə alınıb.
Qazaxıstan Kənd Təsərrüfatı nazirinin müavini Gülmira İsayeva bildirib ki, yoluxma şimaldan cənuba köç edən vəhşi quşlarda aşkar edilib. İnfeksiya quşların su anbarlarından istifadəsi nəticəsində yayılıb.
Xatırladaq ki, daha əvvəl quş qripi Şimali Qazaxıstan vilayətində qeydə alınmışdı.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]