Qazaxıstanın dörd şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb
Nur-Sultan, 12 mart, AZƏRTAC
Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin dörd şəhərdə birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində təhlükəli mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
AZƏRTAC xəbər verir ki, DTK-nın yaydığı məlumatda martın 10-da ölkənin Nur-Sultan, Almatı, Pavlodar və Semey şəhərlərində mütəşəkkil cinayətkar qrupun üzvlərinə qarşı genişmiqyaslı xüsusi əməliyyatın keçirildiyi bildirilib. Əməliyyat zamanı həmin şəxslərdən külli miqdarda pul, rabitə vasitələri və cinayətlərdə istifadə olunan digər əşyalar maddi sübut kimi götürülüb.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan