Qazaxıstanın Kurık limanı Trans-Xəzər marşrutunda mövqeyini möhkəmləndirir
Astana, 4 avqust, AZƏRTAC
Qazaxıstanın Kurık limanında qəbul edilən və yola salınan yeklərin həcmi cari ilin birinci yarısında 884,4 min tona çatıb.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, bu dəmir yolu istiqamətində yüklərin aşırılması həcmi 475,5 min tona çatıb. Onların 242,3 min tonu ixrac, 233,2 min tonu isə idxal mallarıdır.
Avtomobil yolu ilə 306.200 ton, o cümlədən 151.400 ton ixrac və 154.800 ton idxal yükü daşınıb.
Bundan əlavə, limanın taxıl terminalı 104.100 ton taxıl daşıyıb.
Şirkət qeyd edib ki, bu nəticələr limanın xidmətlərinə olan sabit tələbatı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında onun mühüm rolunu təsdiqləyir.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya ilə Avropanı birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]