Qazaxıstanın Kurık limanından yeni bərə xəttı işə salınacaq
Nur-Sultan, 4 noyabr, AZƏRTAC
Qazaxıstanın Kurık limanı yeni Kurık-Əmirabad-Ənzəli (İran)-Kurık bərə xəttini işə salır. Limandan Ro-Ro tipli bərə gəmisinin fəaliyyəti bu il noyabrın 10-15-də planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Kurık limanı 17 metr uzunluğa qədər 32 ağır yük maşını yerləşən Rusiya gəmilərindən istifadə etməyi planlaşdırır.
Limandan avtomobil infrastrukturu tranzit, eləcə də idxal-ixrac istiqamətlərində keçən yüklərin qəbulu və operativ xidmətinə tam hazırdır.
Ümumilikdə cari ilin 9 ayı ərzində Kurık limanından yüklənmə həcmi 1 milyon 242 min 529 ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 180 min 141 ton və ya 17 faiz çoxdur (1 milyon 62 min 388 ton).
Qeyd edək ki, limandan neft, taxıl, istehlak malları ixrac, istehlak və maddi məhsullar, tikinti materialları idxal olunur.
Xatırladaq ki, Kurık limanı Aktau limanından 100 kilometr cənubda yerləşir və tikintisinə 2015-ci ilin aprelində başlanılıb. 2017-ci il martın 24-də Kurık limanından Azərbaycana ilk yük yola salınıb. Kurık limanının layihə gücü ildə 6 milyon ton yük üçün nəzərdə tutulub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]