Qazaxıstanın rəsmi informasiya agentliyi Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini işıqlandırıb
Nur-Sultan, 26 oktyabr, AZƏRTAC
Qazaxıstanın “Kazinform” informasiya agentliyi Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini işıqlandırıb.
AZƏRTAC-a istinadən agentlik bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Xəbərdə qeyd edilib ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılışını bildirən lenti kəsiblər. Prezidentlərə Füzuli Beynəlxalq Aeroportunun rəmzi açarları təqdim olunub və dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]