“Qəbələ” futbol klubu ispaniyalı yarımmüdafiəçini transfer edib
Bakı, 21 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” ispaniyalı yarımmüdafiəçi Fernan Ferreyra Lopesi heyətinə cəlb ediblər. İyirmi dörd yaşlı mərkəz yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.
“Selta Viqo”nun yetirməsi olan Fernan Ferreyra Lopes 2011-2014-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da forma geyinən futbolçunun bundan əvvəl sonuncu komandası “Barakaldo” olub. Yarımmüdafiəçi 2018-2019-cü il mövsümündə İspaniyanın ikinci - Sequnda Liqasının B divizionunda 22 oyunda 1 qol vurub.
Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl yarımmüdafiəçi Kamal Mirzəyevi və müdafiəçi Sadiq Quliyevi heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]