“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib
Bakı, 30 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıblar. Otuz bir yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
R.Ramaldanov Azərbaycanda “Simurq”, “Xəzər-Lənkəran” və “Sumqayıt”da çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan futbolçunun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.
2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]