“Qəbələ” klubu Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək
Bakı, 11 may, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə Gənclər Liqasının 2021-2022-ci il mövsümünün qalibi məlum olub.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, təxirə salınmış oyunda “Qarabağ”ı 6:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
AFFA Gənclər Liqasının qalibi 2022-2023-cü il mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.