“Qəbələ” nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib
Bakı, 5 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubunun məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərin “sükanı arxası”na keçənədək də bu komandada çalışmış 37 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.
O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.
Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən E.Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]