“Qəbələ” növbəti transferini açıqlayıb
Bakı, 30 iyun, AZƏRTAC
“Qəbələ” yay fasiləsində ikinci transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.
Futbolçu buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa) və “Rizəspor” (Türkiyə) klublarının şərəfini qoruyub.
Qeyd edək ki, "Qəbələ" ötən gün kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabenanı heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]