“Qəbələ”nin legioneri: “Qarabağ”la oyunda bəxtimiz gətirmədi
Bakı, 5 dekabr, AZƏRTAC
"İlk hissədə bir neçə qol şansımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qəbələ"nin futbolçusu Lukas Afriko Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirən 28 yaşlı müdafiəçi məğlubiyyətdə bəxt amilinin də rol oynadığını vurğulayıb: "Fasiləyə məğlub yollansaq da, ikinci hissədə fərqlənmək üçün imkanlarımız oldu. Ancaq bəxtimiz gətirmədi. Əvəzində isə rəqib daha iki qol vuraraq matçın taleyini həll etdi”.
Öz çıxışını da dəyərləndirən braziliyalı futbolçu oyunundan razı qaldığını əlavə edib: “Amma bu amil komandama kömək etmədi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]