“Qəbələ”nin qış hazırlıq planı bəlli olub
Bakı, 22 dekabr, AZƏRTAC
“Qəbələ” komandasının qış hazırlıq planı bəlli olub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la oyunundan sonra istirahətə buraxılan kollektiv yanvarın 3-də toplaşacaq.
Hazırlıq prosesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
“Qəbələ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 24-də Misli Premyer Liqasının XVII turu çərçivəsində səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]