QƏDİM MƏHƏLLƏ İKİNCİ HƏYATINI YAŞAYIR
Gəncədə qədim məhəllələr çoxdur. Onlardan biri də Ozan məhəlləsidir. Ötən dövr ərzində bu məhəllənin adı bir neçə dəfə dəyişdirilmişdir. lakin gəncəlilər bu yeri həmişə öz adı ilə cağırmışlar. Respublikamız müstəqillik qazandıqdan sonra, Ozan məhəlləsi ikinci həyatına qədəm qoymuşdur. Burada böyük abadlıq işləri aparılmış, məhəllənin məscidi bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlərdə məhəllənin tarixini əks etdirən barelyefin açılışı olmuşdur. Mərasimdə çıxış edən sakinlər burada görülən bütün işlərə görə, ölkə başçısına və xeyirxah insanlara öz minnətdarlıqlarını bildirmişlər.