Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim tarixə malik olan Naxçıvan multikultural dəyərlərin daim yaşadıldığı regiondur

Naxçıvan, 20 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası qədim tarixə və zəngin mədəniyyətə malik olmaqla yanaşı, həm də Azərbaycan xalqının milli adət-ənənələri ilə birgə multikultural dəyərlərin daim yaşadıldığı bir regiondur. Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan tarix boyu Şərq və Qərb arasında müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu region kimi tanınsa da, özünün multikultural ənənələrinə görə də diqqəti cəlb edib.

Orta əsrlər çağında bura yolu düşən səyyahlar Naxçıvanın təbiətindən, iqlimindən, bərəkətli torpaqlarından söhbət açdıqları kimi, insanlarından, onların xarakterlərindən də bəhs ediblər. Burada yaşayanların qonaqpərvər, gülərüz, mehriban olduğunu yazıblar. Bu kimi amillər Naxçıvanda tolerant dəyərlərin inkişafında köklü ənənələrin dayandığını göstərir. Məhz bu baxımdan deyə bilərik ki, tolerantlıq həm də xalqımızın milli dəyərlərinin bir parçasıdır. İllər keçdikcə, bu dəyərlər qorunub, qorunduqca da inkişaf edib. Elə bu səbəbdəndir ki, ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar verən başqa millətlərin nümayəndələri də az deyil. Vaxtilə Rusiyadan, Ukraynadan, Şimali Qafqazdan və digər regionlardan gələrək muxtar respublikada yaşayan bu insanların qədim diyarda məskunlaşmasının səbəbi, təkcə ailə həyatı qurduqları şəxslərin azərbaycanlı olması ilə bağlı deyil. Göstərilən böyük hörmət, diqqət və qayğı, yüksək münasibət də onların Naxçıvanı vətən seçmələrinə, buranı doğma yurdları kimi sevmələrinə səbəb olub. Şahbuz rayonunda görüşüb söhbət etdiyimiz başqa millətlərin nümayəndələri də bu məqamı xüsusi vurğuladılar.

1953-cü ildə Rusiya Federasiyasının Sverdlovsk şəhərində anadan olan Tatyana Georgiyevna ilə söhbətimiz də bu mövzuda oldu. Tatyana xanım dedi: “Mən Sverdlovskda Politexnik Texnikumunda oxuyurdum. İsfəndiyar isə Sverdlovska işləməyə gəlmişdi və orada inşaatda çalışırdı. İlk tanışlığımız mən texnikumda oxuyarkən oldu və 1973-cü ildə evləndik. Rusiyadan kənarda heç yerdə olmamışdım. Doğrusunu desəm, valideynlərim də kənar bir yerə getməyimizə razı deyildilər. Ancaq sonda onların da razılığını aldıq və Azərbaycana gəldik. İlk gəldiyim zamanlar bir az çətinliyim oldu. O da, əsasən, dillə bağlı idi. Qısa müddətdə dili öyrəndim, amma danışmağa utanırdım. Sonra isə zamanla bu da aradan qalxdı. Buradakı bütün qohumlarımız mənə qarşı çox həssas və mehriban idilər. Bu münasibət indi də davam edir. Zaman keçdikcə Azərbaycan məişəti məni daha çox özünə cəlb etməyə başladı. Azərbaycanın nə qədər zəngin mədəniyyətə, dəyərlərə malik olduğunu gördüm. Sonra övladlarımız oldu, iki qız və bir oğlan böyütdük, onları evləndirdik. Mən özüm uzun illər rayonda hərbi xidmətə çağırış məntəqəsində çalışdım. İşlədiyim dövrdə hər kəs mənə qarşı mehriban münasibət göstərdi. İndi isə pensiyaçıyam, gördüyünüz kimi, nəvələrimlə günümü keçirirəm”.

“Naxçıvana gəldikdən sonra sizi bura bağlayan ən çox nə oldu” sualına isə belə cavab verdi: “Əlbəttə ki, hər kəsin mənə mehriban münasibəti”.

Şahbuz şəhərində yaşayan digər həmsöhbətimiz isə milliyyətcə ukraynalı olan Yekaterina Yakovlevadır. Onun 65 yaşı var. Ukraynanın Vinnitsa şəhərində anadan olub və həmin şəhərdə kənd təsərrüfatı üzrə ali təhsil alıb. O da Tatyana Georgiyevna kimi yerli vətəndaşlarımızdan biri ilə evlənərək Şahbuza gəlib. 30 ilə yaxın müddətdə dövlət qulluğunda çalışıb. Həyatından razı görünür. Bunu özündən soruşduqda belə cavab verir: “Hər kəsin öz qisməti var. Demək ki, mənim də qismətimdə Naxçıvanda yaşamaq varmış. Mən bundan çox razıyam. Çünki burada ailə dəyərləri, insanların bir-birinə qarşı münasibəti çox yüksəkdir. Naxçıvana gəldikdən sonra bir neçə dəfə Ukraynaya getmişəm, qohumları, yaxınları ziyarət etmişəm. Onlar da bura məni görməyə gəliblər. Hazırda da telefonla əlaqə saxlayırıq. Ancaq Naxçıvan mənim üçün indi daha da doğmalaşıb. Burada 2 oğul, 1 qız böyütmüşəm. Həyatımın ötən günlərinə nəzər saldıqda görürəm ki, indiyədək hər yerdə - işdə, evdə və yaxud harasa gedəndə hər kəsdən hörmət, xoş münasibət görmüşəm. Buna görə də özümü xoşbəxt sayıram”.

Şahbuz şəhərindəki Ahıllar evində yaşayan yəhudi əsilli Violetta Çernışeva da naxçıvanlıların ona xoş münasibətindən ağızdolusu danışdı. Dedi ki, Bakıda anadan olsa da, ali təhsilini Rusiya Federasiyasının Pyatiqorsk şəhərində alıb. Həyat yoldaşı yəhudi olub. Sonra isə ondan ayrılıb. Tale onu Şahbuz rayonundakı Ahıllar evinə gətirib çıxarsa da, həyatın ona bəxş etdiyi sürprizlərə küsməyib. Müsahibimiz Naxçıvanda yaşamağın onun üçün çox rahat olduğunu bildirdi. Qeyd etdi ki, Naxçıvan çox təmiz və sakit bir regiondur. “Buradakı insanların çoxu bir-birini tanıyır və hər kəs bir-birinə qarşı mehriban və qayğıkeşdir. Bəzən şəhərdə bir yerə gedərkən danışığıma görə buralı olmadığımı düşünüb mənə qarşı daha mehriban davranırlar, hər cür köməyi göstərirlər. Yaşadığımız Şahbuz rayonundan da çox razıyam”, - deyə Violetta bildirir.

Rayonun Daylaqlı kəndində yaşayan Tamara Berzeqova isə kənd sakini, Çernobıl əlili Füzuli Hüseynovun həyat yoldaşıdır. Milliyyətcə adıgeydir. 1961-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətinin Maykop şəhərində doğulub. Həyat yoldaşı ilə bir tekstil fabrikində işləyərkən tanış olub. Artıq 33 ildir ki, Şahbuz rayonunda yaşayır.

Tamara Berzeqova deyir: “Anadan olduğum və böyüdüyüm şəhər buradan çox da uzaqda deyil, Şimali Qafqaz ərazisindədir. Adıgeylər türk əsilli xalqdır. Azərbaycan vətəndaşı ilə ailə qurmaq, Naxçıvanda yaşamaq mənim üçün çox xoşdur. Naxçıvanlılar çox istiqanlı, mehriban, bir-birinə qarşı nəvazişli insanlardır. Neçə illərdir Şahbuz rayonunun Daylaqlı kəndində yaşayırıq. Bu illər ərzində hər kəsin mənə qarşı hörmətini görmüşəm. Burada qohumlar, qonşular bir-birinə qarşı çox mehribandırlar. Birinin bir çətinliyi olduqda hər kəs ona yardım əlini uzatmağa çalışır. Bundan əlavə, qohumlar arasında əlaqələr yaxşı qorunur. Xeyirdə, şərdə hamı ev yiyəsinə yaxından kömək edir. Bayramlarda bütün qohum-tanışlar bir-birini görməyə, hal-əhval tutmağa gedir. Dövlətimiz tərəfindən hər kəsə qayğı göstərilir. Həyat yoldaşım Çernobıl qəzasının iştirakçısı olduğuna görə ona minik avtomobili verilib. Bu yaxınlarda isə kəndimizdə yeni sosial obyektlərin açılışı oldu. Bütün bunlara görə dövlətimizə ailəmiz adından minnətdarıq”.

Göründüyü kimi, bu gün muxtar respublikamızın bütün bölgələrində, eləcə də paytaxt Naxçıvan şəhərində xeyli sayda ailələr var ki, ailə üzvlərindən birini digər millətlərin nümayəndələri təşkil edir. Biz isə Şahbuz rayonunun timsalında, həm də məhdud sayda ailəni seçməklə Naxçıvanda yaşamağın onlar üçün necə bir hiss olduğunu öyrənməyə çalışdıq. Gəldiyimiz nəticə isə elə onlarla söhbətimizin nəticəsi ilə eyni oldu: hər bir millətin nümayəndəsi bu gün Naxçıvanda rahat yaşayır, xoşbəxt həyat sürür. Çünki Naxçıvan Azərbaycan xalqının milli adət-ənənələrinin ən gözəl şəkildə yaşadıldığı regionumuzdur. Çünki multikulturalizm dəyərləri bizim xalqımızın yaşam tərzidir. Bu sahədə araşdırmaların daha geniş miqyas aldığı “Multikulturalizm ili” elan edilən 2016-cı ildə biz bunun dəfələrlə şahidi oluruq.

Multikulturalizm hər zaman bəşəriyyətin sosial və mədəni inkişafının, intellektual və mənəvi tərəqqisinin universal bazası olub. Bu baza xalqların tarixi məsuliyyətinə, siyasətə, idarəçiliyə, mədəni mübadiləyə, qarşılıqlı zənginləşməyə böyük təsir göstərib. Hər zaman olduğu kimi, müasir dövrdə də müxtəlif mədəniyyət və sivilizasiyaların dialoqunda multikulturalizm böyük rol oynayır. Ona görə ki, bəşəriyyət fərqli mədəniyyət və dünyagörüşlərin qarşılıqlı anlaşmasını, birgəyaşayışını təmin edən başqa bir yol tapmayıb. Bu səbəbdən eyni ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni hüquqlarına humanist dünyagörüşü ortaya qoyan multikulturalizm, eyni zamanda, cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən önəmli amildir. Bu gün Naxçıvan Muxtar Respublikasında da məhz bu dəyərlər yaşadılır.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb