Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəlbimiz bütün Avropa üçün açıqdır
yaxud “Eurovision-2012” mahnı müsabiqəsi haqqında düşünərkən...

Bakı, 2 iyul (AZƏRTAC). Odlar yurdu. Bu adı möcüzələr diyarı Azərbaycana Yerin təkindən üzə çıxan alovun insanlara işıq və istilik bəxş etdiyi qədim dövrlərdə vermişlər. Yurdumuz kimi, insanlarımızın da qəlbi işıqlı, qanı isti, ürəyi odlu-alovludur. Azərbaycan xalqı bu ölkəyə saf niyyətlə və xoş məramla gələn hər kəsdən öz qəlbinin hərarətini, könül evinin işığını heç zaman əsirgəməmişdir.

Bu hisslər hər bir vətənpərvər azərbaycanlı üçün qürur mənbəyidir. Ona görə də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilatçıları bu tədbirin loqotipinin seçilməsində tərəddüd etmədilər: insanları birləşməyə, sülhə və həmrəyliyə çağıran “Öz məşəlini alovlandır!” devizi və odlu çiçək musiqi bayramının rəmzi oldu.

Azərbaycanın ev sahibi olduğu “Eurovision-2012” mahnı müsabiqəsi sayca 57-ci idi. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqənin finalında Eldar və Nigar dueti 221 xal toplayaraq birinci yeri tutandan sonra Azərbaycan növbəti müsabiqəyə ev sahibliyi hüququnu qazanmışdı. Bundan dərhal sonra paytaxt Bakıda “Eurovision” mahnı müsabiqəsinə ciddi hazırlıq işlərinə başlandı.

On beş gün Avropanın qəlbi Bakıda döyündü. Dünya musiqisevərləri “Eurovision-2012”nin mayın 22-də və 24-də yarımfinal, 26-da isə final mərhələlərinin unudulmaz həyəcanını yaşadılar.

Təbii ki, belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin dünya miqyasında təqdim edilməsi, xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün yeni imkanlar açdı, eyni zamanda, infrastrukturun inkişafına da ciddi təkan verdi. Azərbaycan onun qarşısında duran vəzifələrin öhdəsindən şərəflə gəldi. Çox qısa müddətdə Bakıda, Dövlət Bayrağı Meydanının yaxınlığında məxsusi olaraq “Eurovision-2012” mahnı müsabiqəsi üçün 23 min tamaşaçı tutan möhtəşəm “Baku Crystal Hall” Konsert Kompleksi inşa edildi. Bunlar həqiqətən böyük enerji, yüksək təşkilatçılıq, fədakarlıq, iradə, hünər və qətiyyət tələb edən işlər idi.

Ancaq hər bir yeniliyə, uğura “qulp qoymaq” fürsəti axtaran bəzi Qərb KİV-ləri dərhal bütün dünyaya car çəkməyə başladı ki, guya Azərbaycan bu mahnı müsabiqəsindən özünü “gözə soxmaq” üçün istifadə etməyə çalışır. Bu KİV-lər hətta dünyada 125 milyon insanın izlədiyi müsabiqənin özünə də qara yaxmağa çalışır, onun haqqında qərəzli ifadələr işlədirdilər. Nə baş vermişdi? Onlar niyə belə edirdilər? Azərbaycan kimin haqqını əlindən almışdı? Belə müsabiqələr keçirən ölkə özünü, maddi-mənəvi dəyərlərini, adət-ənənələrini bir daha göstərməyə çalışırsa, bunun nəyi pisdir? Məhz rəsmi Bakı da o günlərdə dəfələrlə bəyan etmişdi ki, “Eurovision” müsabiqəsini keçirmək Azərbaycan üçün məqsəd deyil, vasitədir. Bəs onda bədxahlarımız nə istəyirdilər?

Bu və digər suallar barədə düşünərkən bu qənaətə gəldim ki, Azərbaycan kimi gənc, sürətlə inkişaf edən bir ölkədə “Eurovision-2012” mahnı müsabiqəsi tək möhtəşəm tədbirlər zamanı bədxah, paxıl, riyakar, ikiüzlü ünsürlərin zühur etməsi təəccüblü deyildir. Belələri təmsil etdikləri təşkilatların və ya nəşrlərin reytinqini “yüksəltmək” üçün boş yerə hay-küy salmağa, bəzən də özünə diqqəti cəlb etməyə, guya söz azadlığı və insan hüquqları uğrunda mübarizlər kimi “xal qazanmağa” çalışırlar. Qalmaqalları ilə ad çıxarmış bəzi “məşhur” siyasətçilər, sifarişlə ağı qara yazan jurnalistlər və başqaları o günlərdə Azərbaycana qarşı iyrənc böhtan yarışına girmişdilər. Görünür, belələri onlar üçün qara piar olan bu fürsəti çoxdan gözləyirmişlər ki, suyu bulandırıb balıq tutsunlar. Onların əsas məqsədi diqqəti özlərinə cəlb etmək və “bütün məclis boyu səhnədə parlamaq”, hətta təlxəklik etməkdir.

Başqa ölkələrdə belə mühüm tədbirlərin keçirilməsi tarixinə nəzər salsaq, orada da oxşar mənzərənin şahidi olarıq. Belələrinin çoxunun sifarişlə işləməsi faktını da nəzərdən qaçırmamalıyıq. Onlar aldıqları pulun müqabilində o qədər hay-küy salırlar ki, ilk baxışda hadisələrin gedişinə təsir göstərə biləcəkləri təsəvvürü yaranır. Ancaq bunlar sabun köpüyünə bənzəyir, bir qədər havada uçur və partlayıb yox olur.

Bunu yəqin etmək üçün “Eurovision-2012” mahnı müsabiqəsi zamanı bizim opponentlərin nə barədə danışdıqlarını və yazdıqlarını qısaca xatırlatmaq kifayətdir.

Mahnı müsabiqəsi keçirilən dövrdə bəzi qərəzli xarici jurnalistlər bizim şəhərin gözəlliyinin süni olduğu barədə informasiyalar yaymağa başlamış və Bakını müsabiqədən sonra görmək istədiklərini söyləmişdilər. Onlar elə təqdim edirdilər ki, guya bütün bunlar butaforiyadır və müsabiqədən sonra bu gözəlliklər də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə yerdə deyiblər: milçək bir şey deyil, ürək bulandırır.

Bu məddahlar elə danışırdılar ki, guya bütün yeni binalar, muzeylər, parklar, şəhərimizin görməli yerləri, günbəgün yenilənən, inkişaf edən Azərbaycanda müstəqillik illərində yaradılmış bütün bu gözəllikləri aparıb haradasa gizlətmək və ya götürüb daha yaxşı vaxta qədər saxlamaq olarmış. Cənablar, məlumunuz olsun ki, Azərbaycanın simasının dəyişməsi nəinki builki müsabiqədən, hətta keçənilki mahnı yarışmasında bizim nümayəndələrin qələbəsindən neçə illər əvvəl başlanmış möhtəşəm, məqsədyönlü, perspektivə hesablanmış işlərin məntiqi yekunudur.

Azərbaycan tarixən qısa müddətdə nail olduğu tərəqqini müstəqilliyini bərpa edəndən 20 il sonra bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu illərdə inkişafın özünəməxsus modelini yaratmışdır. İndi Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan yeni cəmiyyət quruculuğuna sürətlə transformasiya etmişdir. Ağır böhran burulğanında ümidsiz halda çarpışan Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq Azərbaycanda maliyyə-iqtisadi artım sabit templərlə davam edir. Azərbaycan sürətli iqtisadi inkişafı, o cümlədən qeyri-neft sektorunun davamlı artımını iqtisadi və siyasi sabitliklə uzlaşdırmağa nail olmuşdur. Təbii ki, bütün bunlar dostlarımızı sevindirir, düşmənlərimizdə isə həsəd və paxıllıq hissləri doğurur.

Opponentlərin söylədiklərinə məna baxımından təsir göstərən bir mühüm məqam barədə söhbət açmaq yerinə düşər. Almaniyada çıxan “Die Welt” nəşrinin jurnalisti Xolger Kraytlinq “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi isveçli Lorinin iştirakı ilə mətbuat konfransını belə təsvir edir: “Müsabiqənin 28 yaşlı qalibi səhnədə siçan kimi sakitcə əyləşmişdi və qorxa-qorxa ətrafa baxırdı. Elə təsəvvür yaranırdı ki, onu hansısa qoruq meşəsindən tutub səhvən buraya göndərmişlər. Buna baxmayaraq, Lorin öz mahnısını mistik meşə mələyi obrazında ifa etdi və qələbə qazandı”.

Jurnalist dərhal Lorini 2010-cu ildəki müsabiqənin almaniyalı qalibi Lena Mayer ilə müqayisə edir və Lena barəsində çox təmtəraqlı fikirlər söyləyir. Bundan əlavə, həmin jurnalistin fikrincə, Bakıda keçirilən müsabiqədə də ən yaxşı iki mahnıdan biri Almaniyanın nümayəndəsi Roman Lobun ifa etdiyi “Standing Still” kompozisiyası olmuşdur. Jurnalistin mövqeyi aydındır, axı kim öz ayranına turş deyər? Bununla belə, Xolger Kraytlinqin obyektivlikdən uzaq olmasına göz yummaq mümkün deyil.

Kraytlinq daha sonra Lorinin qələbəsinə açıq-aşkar qərəzli münasibət bildirir: “Əgər sən müsabiqədə qalib gəlmiş mahnının o qədər də maraqlı olmadığını, onda bayağılıq və çiylik əlamətləri olduğunu düşünürsənsə, həyəcanlanmaya bilərsən, belə düşünən tək sən deyilsən”. Bunun ardınca Kraytlinq müsabiqənin daha bir iştirakçısı - Norveç nümayəndəsi Tuci barədə qərəzli fikirlər söyləyir: “Zəfər və biabırçılıq lap yanaşı ola bilərmiş, bəstəkar və prodüser Peter Bostremin çıxışı buna sübutdur. Bu İsveç nümayəndəsi Bakıda Lorinin yanında əyləşmişdi. “Eurovision-2012” mahnı müsabiqəsində iki kompozisiya - Lorinin ifasında “Eyforiya” və norveçli Tucinin təqdimatında “dums-dums umsa-umsa” tipli sadə bir etnik rəqs onun adı ilə bağlı idi”.

Görəsən, bu “zəhər tuluğu”nun belə kəskin ifadələr işlətməsinə səbəb nədir? Məsələ bundadır ki, həmin müğənnilərin hər ikisi mənşəcə qeyri-avropalı və hətta başqa dini mədəniyyətə mənsub olan adamlardır. Tam ad-soyadı Lorin Zinab Noka Talyaui olan Lorin Mərakeş-Liberiya mənşəlidir, Tuci isə İranın Şiraz şəhərində anadan olmuşdur. Alman jurnalist özünün kin-küdurətini, daha dəqiq desək, millətçilik təzahürlərini gizlədə bilməmişdir: “axı nə üçün onlar “Eurovision” mahnı müsabiqəsində Avropanı təmsil edirlər, ümumiyyətlə, bu müsabiqə nə üçün müsəlman ölkəsində keçirilir?”. Bu başabəla jurnalistin müsabiqənin “qeyri-avropalı” iştirakçılarının ünvanına işlətdiyi bütün ağlasığmaz epitetləri sadalamağa lüzum görmürəm. Ona görə ki, Avropa Yayım Birliyinə daxil olan hər bir ölkə (hətta Avropa hüdudlarından kənarda olsa belə) bu müsabiqədə iştirak edə bilər. 1980-ci ildə müsabiqədə iştirak etmiş Şimali Afrika ölkəsi Mərakeş, habelə indiyə qədər hər il müsabiqəyə iştirakçılar göndərən İsrail belə ölkələrdəndir.

“Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar kin-küdurət püskürən jurnalistlərdən biri də Britaniyada çıxan “The İndependent” nəşrinin müxbiri Dom Coli olmuşdur. O yazır: “Mən “Eurovision” mahnı müsabiqəsinə baxmırdım. Ümumiyyətlə, həmin müsabiqəni heç olmasa bir dəfə gördüyümə əmin deyiləm, lakin əminəm ki, o, mənim zövqümə uyğun deyil. Mən bu özünəməxsus tədbirə ev sahibliyi etdiyinə görə öz kiçik qonşusu Azərbaycanı qınayan İran hökuməti ilə müəyyən mənada razıyam”.

İngilis jurnalistin bu məsələdə İran ilə bu dərəcədə həmrəy olması çox qəribə görünə bilərdi, lakin bir mühüm məqam hər şeyə aydınlıq gətirir: Dom Coli əslən iranlıdır və Yəzd şəhərində anadan olmuşdur. Onun gizlətmədiyi kin-küdurətin, paxıllığın əsas səbəbi də budur.

Belə cəfəng yazıları oxuyanda başa düşürsən ki, onların əsas məqsədi Azərbaycanın imicinə zərər vurmaq, hətta ən yüksək dərəcədə inkişaf etmiş ölkələrin də demək olar ki, hər birində rast gəlinən xırda qüsurları hədsiz şişirdərək “milçəyi filə döndərmək” istəyidir. Sanballı nəşrlərdə bu cür qərəzli yazıların dərc edilməsi isə yalnız heyrət və təəssüf doğurur. Görünür, onlar fikirləşmirlər ki, düşünülməmiş belə addımlar atmaqla öz imiclərini korlayırlar. Görünür, fikirləşmirlər və yeri gələndə şeytanla da əməkdaşlıq etməyi məqbul sayırlar.

Əlbəttə, bütün bu qarayaxmalarda siyasi məqsədlərin olması da istisna edilmir. Onlar “Eurovision” mahnı müsabiqəsini maraqla izləyən çoxmilyonlu auditoriyanın diqqətini bu yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, mədəni Avropanın xalqımıza qarşı törədilən ədalətsizliklərə barmaqarası baxmasından, erməni faşistləri və separatçıları tərəfindən doğma yurdlarından qovulmuş bir milyon azərbaycanlının problemlərindən, Xocalı, Qaradağlı faciələrindən, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində törədilən vandalizmdən yayındırmağa çalışırlar.

Almaniya Bundestaqının deputatları - iqtisadi əməkdaşlıq, inkişaf və turizm üzrə parlament komitələrinin üzvü Xelqa Daub, Bundestaqın Almaniya-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars, habelə almaniyalı tanınmış siyasi xadim Günter Verxeugen müsabiqə ərəfəsində Azərbaycana qarşı həmlələr seriyasını belə izah edirlər: “Azərbaycana münasibətdə ədalətsizlik edilmişdir. Mətbuat bizim ölkədə də rast gəlinən bəzi məsələləri həddən artıq şişirdir. Dünyada problemləri olmayan dövlət yoxdur. Üstəlik, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemi vardır. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində bütün dünyanın diqqəti Azərbaycana yönəldiyinə görə ədalətsiz tənqid halları da olmuşdur. Bütün bu anlaşılmazlıqlara son qoymaq üçün Azərbaycana gəlmək və buradakı tərəqqini, inkişafı öz gözləri ilə görmək kifayətdir”.

Ədalət naminə demək lazımdır ki, geniş bir coğrafi məkanı əhatə edən başqa yazıların, bəyanat və rəylərin böyük əksəriyyətinin müəllifləri yekdilliklə bildirmişlər ki, xaricdəki islam ictimaiyyətinin qəzəbinə, Ermənistanın müsabiqədə iştirak etməkdən imtinası ilə bağlı qalmaqala və dünya hüquq-müdafiə təşkilatlarının gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi tarixində Qərbin mədəni paradiqmasına inteqrasiyanın ən təsirli nümunəsini nümayiş etdirdi.

Duqlas və Sara Elisson adına Rusiya və Avrasiya Tədqiqatları Proqramının böyük elmi işçisi Ariel Koen “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində müsabiqənin Bakıda keçirilməsini bu cür qiymətləndirir: “Bu yaxınlarda populyar teleşou - “Eurovision” mahnı müsabiqəsi keçirilmiş Azərbaycan müsəlman dünyası, xüsusən qonşu İran üçün misli görünməmiş milli və dini dözümlülük səviyyəsi nümayiş etdirdi. Bu modeli alqışlamaq və Amerikanın islam ölkələrinə ünvanladığı ictimai demokratiya çərçivəsində inkişaf etdirmək lazımdır”.

Koen ilə razılaşmamaq mümkün deyil, çünki tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir və əsrlər boyu mövcuddur. Bu, danılmaz faktdır.

Azərbaycan müsabiqəni yüksək səviyyədə keçirməklə beynəlxalq səviyyəli tədbirlərə münasibət mədəniyyətini bir daha nümayiş etdirdi. İndiyə qədər Bakıda keçirilmiş beynəlxalq forumlar, simpoziumlar, konfranslar, idman yarışları məhz kommunikasiya sisteminin bu mühüm komponenti nəzərə alınmaqla təşkil edilmişdir. Biz özümüz də xarici ölkələrdə bu qəbildən tədbirlərdə iştirak edərkən bunların yüksək səviyyədə təşkil edilməsinin, insanlara səmimi münasibətin şahidi olur və qayıdandan sonra bu barədə xoş niyyətlə danışır, təəssüratlarımızı bölüşürük. Azərbaycan da qonaqlara öz mədəniyyətini, qonaqpərvərlik ənənələrini nümayiş etdirir. Məgər burada hansısa gizli məna axtarmaq olarmı? Əlbəttə, yox! Onu da əlavə etmək istərdim ki, Azərbaycanda mövcud olan, xarici ekspertlərin və müşahidəçilərin dönə-dönə xüsusi vurğuladığı tolerantlıq təkcə müsəlman dünyası üçün deyil, Avropa ölkələri üçün də nümunə ola bilər.

Mahnı müsabiqəsi ölkələri və insanları birləşdirən, qarşılıqlı anlaşmaya şərait yaradan mədəniyyət körpüsüdür. O, siyasi haqq-hesab çəkmək, hamıya və hər şeyə əsassız qara yaxmaq alətinə çevrilməməlidir. Azərbaycan hər bir ifaçının, paytaxtımızın hər bir qonağının özünü evindəki kimi rahat hiss etməsi üçün lazım olan hər şeyi etmişdir.

Müsabiqədə 42 dövlət iştirak edirdi. Maliyyə çətinlikləri ilə əlaqədar 2010-cu ildən müsabiqədə iştirak etməyən Monteneqro bu il yenidən həmin tədbirə qayıtmışdı.

Yeri gəlmişkən, Ermənistanın Bakının ev sahibi olduğu “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina etməsi və erməni müğənnilərin Avropa Yayım Birliyinə və Ermənistan İctimai Televiziyasına ünvanlanmış müraciətinə də münasibət bildirmək istərdim.

Erməni tərəfi öz imtina qərarını əsaslandıraraq bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Albert Adibekyan fevralın 23-də Ermənistanın Tavuş bölgəsində Azərbaycan snayperinin gülləsindən həlak olmuşdur və buna görə də onlar Bakıda keçirilən mahnı müsabiqəsində iştirak etməyəcəklər. Bu bəyanatı Ermənistanın bir sıra populyar artistləri, o cümlədən əvvəlki “Eurovision” mahnı müsabiqələrinin bütün iştirakçıları imzalamışdılar.

Sonradan elə Ermənistan KİV-lərinin özləri etiraf etmişdirlər ki, haqqında söhbət gedən erməni əsgərini öz yoldaşları güllələmişlər. Göründüyü kimi, bu dəfə də Ermənistan təbliğat maşını ənənəsinə sadiq qalaraq beynəlxalq ictimaiyyətə növbəti yalan sırımışdır. Bu təbliğat maşınının “ideoloqları” yaxşı bilirlər ki, bir müddət əvvəl 9 yaşlı azərbaycanlı oğlan öz ölkəsində, öz evinin həyətində sakitcə oynadığı vaxt erməni snayperinin gülləsinə tuş gəlmişdir.

Əlbəttə, ermənilərin “Eurovision” mahnı müsabiqəsində iştirak etməməsinin başqa səbəbləri vardır. Ermənistan sadəcə olaraq, bu müsabiqədə qalib gəlməyə ümid etmir, Bakıda uduzmağı isə heç istəmirdi. Ermənilər illər boyu, mütəmadi olaraq Azərbaycanın musiqi kompozisiyalarını oğurlayır, sonra onlara yüngülvarı “əl gəzdirir” və avropalılara öz mədəni irsləri kimi təqdim edirlər. “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən ölkələrdə isə bu cür “dəcəlliklərə” yol vermirlər. Azərbaycanla bağlı halda isə erməni tərəfi, ehtiyatlı tərpənməyi qərara almış, görünür, iflasa uğrayacaqlarını əvvəlcədən bildiklərinə görə imtina yolunu seçmişdir.

Müsabiqənin keçirildiyi müddətdə başqa ölkələrdən Azərbaycana gəlmək üçün viza almaq proseduru sadələşdirilmişdi. Arzu edən hər kəs ölkəmizə gələrək, həm burada baş vermiş bütün dəyişiklikləri öz gözləri ilə görə, həm də insanları qəlbən və ruhən birləşdirən əsl bayram tədbirinin iştirakçısı ola bilərdi.

“Eurovision-2012” mahnı müsabiqəsinin translyasiyasını İTV kanalı təmin edirdi. Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısını ifa edərək 150 bal toplamış və ölkəmizin bu müsabiqədə fəxri dördüncü yeri tutmasını təmin etmişdir. Müğənnimizin məlahətli səsi, gözəl ifa manerası, səhnə mədəniyyəti insan qəlbini ehtizaza gətirən mahnısı onun güclü vokal imkanlarını nümayiş etdirdi. Finalda Səbinəni müşayiət edən əfsanəvi muğam ustası Alim Qasımov və Azərbaycan xalq çalğı alətləri isə bu mahnını müasir etnik çalarlarla zənginləşdirdi.

Azərbaycanlı ifaçı və onun mahnısı avropalı dinləyicilərin ürəyincə oldu. Odlar yurdu Azərbaycan bu müsabiqədə iştirak etdiyi illər ərzində həmişə ilk onluğa, son dörd ildə isə ilk beşliyə daxil olmaqla sübut etmişdir ki, onun nümayəndələri “Eurovision” mahnı müsabiqəsində həmişə qeyri-adi şou göstərir və gözəl ifa nümayiş etdirirlər.

Qarşıda bizi çox müxtəlif beynəlxalq müsabiqə və idman yarışları gözləyir. Əminəm ki, həmin tədbirlərdə də dünya bizim yeni-yeni dəyərlərimizlə tanış olacaqdır. Deməli, qarşıda hələ bizi çox zəfərlər və qələbələr gözləyir.

Nəsibimiz daim zəfərlər olsun!

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib