Qənirə Paşayeva “Armudu” - Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub
Bakı, 20 aprel, AZƏRTAC
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Gənclər və İdman Nazirliyinin “Armudu” - Gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, Q.Paşayeva görüşdən məmnunluğunu ifadə edərək gəncləri ölkəmizin sabahı, yeni uğurlarımızın memarları kimi xarakterizə edib. O, əsas diqqəti Vətən müharibəsinə yönəldib, gənclərimizin çoxsaylı qəhrəmanlıqlarından söz açıb.
Onlayn görüş iştirakçılarının suallarını cavablandıran komitə sədri, 44 günlük müharibədə qazanılan tarixi zəfəri, böyük ölçüdə məhz gənc nəslin fədakarlığı, uğuru kimi şərh edib. Q.Paşayeva şəhidləri bir daha ehtiramla yad edərək, yaralı qazilərimizə şəfalar diləyib.
"Gənclər dövlət başçımızın müəyyənləşdirdiyi yeni hədəflərə hazır olmalıdır. Bunun üçün vətənpərvərliklə yanaşı, yaxşı təhsil almaq, biliklərə yiyələnmək, sağlam bədəndə sağlam ruh bəsləmək gərəkdir", - deyə komitə sədri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]