Qərbi Azərbaycan İcması Argentina Prezidentinin qərəzli fikirlərini kəskin şəkildə pisləyib
Bakı, 10 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndirdiyi qərəzli fikirləri kəskin şəkildə pisləyib.
Bu barədə AZƏRTAC-a İcmadan məlumat verilib.
Məlumatda, həmçinin bildirilib: “Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya son vaxtlar “parlamaqda” olan Luis Okampo, Xuan Mendez kimi azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir”.
Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırıb.
“Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”, - deyə İcmanın açıqlamasında qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]