QƏRBİ GÜRCÜSTANDA TÜRKİYƏ VƏTƏNDAŞLARI QARƏT EDİLMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədən Gürcüstana gələn mikroavtobusa quldurcasına basqın olmuşdur. Beş nəfər silahlı və maskalı cinayətkar sərnişinlərin mobil telefon aparatlarını, pul və qiymətli əşyalarını əllərindən almışdır. Onlar avtobusun bir neçə sərnişinini, o cümlədən Türkiyə vətəndaşlarını vəhşicəsinə döymüşlər.
Hüquq mühafizə orqanlarının nümayəndələri bildirmişlər ki, qarətçilərdən biri avtobusda olmuş və o, Kutaisi yaxınlığındakı yaşayış məntəqələrindən birində maşını saxlatdırmışdır. Elə həmin an dörd quldur avtobusa soxulmuşdur.
Polisin keçirdiyi əməliyyat nəticəsində quldurlardan üçü tutulmuş, ikisinin barəsində isə axtarış elan olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]