Qətər 29 milyard dollarlıq LNG layihəsi reallaşdırır
Bakı, 9 fevral, AZƏRTAC
Dünyanın ən böyük maye qaz (LNG) istehsalçısı olan Qətər LNG tutumunun artırılması layihəsi çərçivəsində inşaat şirkətləri ilə müqavilə imzalayıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu layihə ilə LNG ixracının 43 faiz artacağı gözlənilir. Müqaviləni “Qatar Petroleum”, “Chiyoda Corp.” və “TechnipFMC” imzalayıb.
Qətərin enerji naziri və “Qatar Petroleum”un baş icraçı direktoru Saad Əl-Kaabi iki şirkətlə təxminən 13 milyard dollar dəyərində müqavilə imzalandığını bildirib. O, LNG tutumunun artırıması layihəsinin dəyərinin isə 28,75 milyard dollar olacağını deyib.
Qeyd edək ki, Qətər hər il 77 milyon ton LNG ixrac edərək qlobal bazarda liderliyini qoruyur. Lakin digər bölgələrdə, xüsusilə də Avstraliyada baş verən inkişaflar Qətərin bu mövqeyini zəiflədə bilər.
Yeni layihə sayəsində Qətərin illik istehsalının 110 milyon tona çatdırılması hədəflənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]