Qətər Qırmızı dəniz marşrutu ilə LNG tədarükünü dayandırıb
Bakı, 15 yanvar, AZƏRTAC
ABŞ və Böyük Britaniya aviasiyasının Yəməndəki husi hədəflərini bombalaması və bu regionda vəziyyətin daha da gərginləşməsi Qətər hökumətini Qırmızı dəniz marşrutu ilə LNG tədarükünü dayandırmağa vadar edib.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Qətər Babül-Məndəb boğazından mayeləşdirilmiş qaz tankerlərini göndərməyəcəyini bəyan edib. Belə ki, cümə günündən etibarən Qırmızı dənizin cənub hissəsində keçidə doğru üzən azı beş tankerin naviqasiyası dayandırılıb. Daha üç gəmi Oman sahillərində, biri Qırmızı dənizdə, daha biri isə Süveyş kanalı yaxınlarında durdurulub. Onların əksəriyyətinin son təyinat nöqtəsinin Avropa olduğu bildirilir.
Qətərin qaz tankerləri husilərin noyabr ayından başlayan gəmilərə hücumlarından zərər görməyib, amma son hadisələr Qırmızı dənizdə riskləri xeyli artırıb. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətər hökuməti indi bu marşruta alternativləri müzakirə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]