Qətərdə keçiriləcək dünya çempionatında alkoqol qəbul edən azarkeşlər mühakimə olunacaqlar
Bakı, 9 fevral, AZƏRTAC
2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatında alkoqol qəbul edən azarkeşlər mühakimə olunacaqlar.
AZƏRTAC “Reuters” Agentliyinə istinadla xəbər verir ki, Qətər qanunları bunu deməyə əsas verir. Qanuna görə, ölkəyə xaricdən spirtli içki gətirmək və bunu ictimaiyyət arasında açıq şəkildə qəbul etməyin nəticəsi ciddi cəzadır. Hətta həmin şəxs həbs də oluna bilər. Məlum olub ki, dünya çempionatı ərzində spirtli içki qəbul edən azarkeşlər üçün xüsusi ekspress-məhkəmənin təşkil edilməsi planlaşdırılır.
Qətər rəsmiləri digər dövlətlərdən mundiala beş yüz min futbol fanatının gəlişini nəzərdə tutur. Dünya çempionatında alkoqolun qəbuluna isə yalnız xüsusi ayrılmış zonada icazə veriləcək. Təşkilatçıların fikrincə, ekspress-məhkəmənin yaradılması hüquq mühafizə orqanlarına tez və yerindəcə sərxoş azarkeşlər barədə hökm çıxarmağa imkan yaradacaq.
Qeyd edək ki, analoji üsul 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında da tətbiq olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]