QƏZAYA UĞRAMIŞ İL-76 TƏYYARƏSİNDƏ HƏLAK OLANLARIN ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞI DA VAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çinin Urumçi şəhərinin hava limanında İl-76 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların adları açıqlanmışdır. Siyahıda 7 nəfər heyət üzvü arasında Azərbaycan vətəndaşının – operator Əli Rəhman oğlu Cabbarovun da adı var.
İlkin məlumata görə, qəza təyyarənin həddən artıq yüklənməsi və havanın çox isti olması nəticəsində baş vermişdir.