Qəzzada gedən döyüşlərdə daha üç İsrail əsgəri həlak olub
Bakı, 21 dekabr, AZƏRTAC
İsrail ordusu Qəzza sektorunda HƏMAS hərəkatı ilə döyüşlərdə daha üç əsgərini itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Çavuş Lavi Qazi, həmçinin leytenantlar Omri Şvarts və Yakov Elian Qəzza sektorunun şimalında keçirilən əməliyyat zamanı öldürülüb. Döyüşlərdə daha yeddi əsgər ağır yaralanıb.
Nazirliyin məlumatına görə, Qəzza sektorunda başlayan əməliyyatların gedişində İsrail ordusunun azı 137 hərbçisi həlak olub. Beləliklə, münaqişənin şiddətlənməsindən bəri ölən israilli əsgərlərin sayı ümumilikdə 469 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]