Qəzzadan Türkiyəyə təxliyələr davam edir
İstanbul, 13 dekabr, AZƏRTAC
Türkiyə Qəzza zolağından təxliyələri davam etdirir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-dən indiyədək Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləri olmaqla 1047 nəfər Qəzzadan təxliyə edilib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli bildirib.
Qeyd edilib ki, hazırda təxliyə olunmasını gözləyən vətəndaşların siyahısı mütəmadi yenilənir və aidiyyəti qurumlarla razılaşdırılır. Qəzzadakı bütün Türkiyə vətəndaşlarının təxliyəsini təhlükəsiz və tez bir zamanda başa çatdırmaq hədəflənir.
Bundan əlavə, Qəzzadan daha 68 xəstə müalicə üçün Türkiyəyə gətirilib. Onlardan 37-si körpə və uşaqdır. Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, bununla da Türkiyəyə gətirilən fələstinli xəstələrin sayı 182 nəfərə çatıb. Bundan sonra daha çox xəstənin Türkiyəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]