Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT-lərin Xankəndi Forumu: Qələbədən inkişafa doğru

QHT-lərin Xankəndi Forumu: Qələbədən inkişafa doğru

Bakı, 24 oktyabr, AZƏRTAC

Xankəndidə keçirilən QHT Forumu mahiyyətcə təkcə vətəndaş cəmiyyətinin toplantısı deyildi. Bu, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin canlı ifadəsinə çevrilən tarixi hadisə idi. “Suverenlik və Konstitusiya İli” çərçivəsində baş tutan Əməkdaşlıq Forumu həm simvolik, həm siyasi, həm də mənəvi baxımdan milli yaddaşımıza yeni bir səhifə kimi yazıldı. Uzun illər Qarabağ mövzusunda beynəlxalq platformalarda Azərbaycanın haqq səsini çatdıran, informasiya müharibəsində ön cəbhədə dayanan və humanitar sahədə mühüm işlər görən QHT-lər indi artıq Qarabağın özündə - Xankəndidə - hesabat verirdilər. Bu mənzərə həm tarix, həm də dövlətçilik baxımından unikal idi. Vətəndaş cəmiyyəti ilk dəfə idi ki, münaqişə sonrası mərhələdə bərpa və reinteqrasiya prosesinin mərkəzinə bu qədər yaxın dayanırdı.

Forumun məkan baxımından Xankəndidə keçirilməsi özü bir önəmli mesaj idi. Bu, Azərbaycanın dövlət suverenliyinin təkcə hərbi deyil, ideoloji və ictimai müstəvidə də bərpa olunduğunun göstəricisidir. Təşkilati baxımdan isə tədbir yüksək səviyyədə, peşəkar koordinasiya ilə keçirildi - bu da ölkəmizdə QHT-lərin idarəetmə və strateji planlaşdırma bacarığının yeni səviyyəyə qalxdığının nümayişi idi. Forumda dövlət və qeyri-dövlət institutlarının bir araya gəlişi isə cəmiyyətin bütövlüyünün, fikir və məqsəd birliyinin təcəssümü idi. Xankəndi Forumunda səslənən fikirlər, qəbul olunan sənədlər və müzakirələr göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, dövlət siyasətinin fəal iştirakçısıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

“Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq 2007-ci ildən təmsil olunduğumuz BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsindəki fəaliyyətimiz, Beynəlxalq Sülh Bürosunda, Beynəlxalq Mətbuat İnstitutunda olan aktivliyimiz, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti kimi mühüm qurumlarla olan ikitərəfli sıx əlaqələrimiz məhz beynəlxalq birləşmə - şəbəkələşmə prinsipləri əsasında həyata keçirilib. Biz hər zaman iştirak etdiyimiz platformalarda Azərbaycanı layiqincə təmsil etməyə və qlobal şəbəkələşmənin bir parçası olmağa çalışmışıq. Bu əlaqələr bizə beynəlxalq tərəfdaşlar qazandırıb və yeni-yeni imkanlar yaradıb. Sevindirici haldır ki, BAMF-in uzun illərdir beynəlxalq səviyyədə göstərdiyi fəallıq hazırda bir çox yerli QHT-lər tərəfindən də izlənməkdədir. Onların bir çoxu artıq BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq platformalarda söz sahibinə çevrilirlər”, - deyə BAMF prezidenti vurğulayıb.

Onun sözlərinə görə, QHT-lərin Xankəndi Forumu həm də mənəvi anlamda çox dərin bir mənaya sahib idi. Uzun illər işğal altında qalan bir şəhərdə indi vətəndaş cəmiyyətinin, sülhün, birliyin, dövlətin səsi səslənir. Bu, həm milli qürurun, həm də siyasi yetkinliyin təntənəsidir. Xankəndidə keçirilən hər görüş, səslənən hər fikir bir həqiqəti təsdiqlədi: Azərbaycanın suverenliyi artıq təkcə siyasi xəritədə deyil, ictimai şüurda, mədəni və hüquqi sistemdə də tam bərpa olunub. Dövlətin və vətəndaş cəmiyyətinin ortaq iradəsi bu Forumun ruhunu təşkil edirdi.

O bildirib ki, vətəndaş cəmiyyətinin nümayəndələri üçün Xankəndi Forumu həm də məsuliyyətin yeni mərhələsi deməkdir. Qarabağda quruculuq, bərpa, reinteqrasiya və humanitar proseslərdə QHT-lərin üzərinə böyük missiyalar düşür. Onlar yerli icmalarla birbaşa işləməli, sosial adaptasiya proseslərini müşayiət etməli, beynəlxalq aləmdə Azərbaycanın reallıqlarını daha fəal şəkildə təqdim etməlidirlər. Bu, həm milli həmrəylik, həm də sosial məsuliyyət baxımından yeni bir dövrün başlanğıcıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da öz çıxışında QHT-lərin son illərdəki aktivliyinə vurğulayaraq 2023-cü ildən başlayaraq hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirildiyini və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97 faiz göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirdi.

Umud Mirzəyev diqqətə çatdırıb ki, bu gün Xankəndidə keçirilən hər tədbir, səslənən hər fikir Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açır. QHT-lərin Xankəndidə iştirakı, onların bu şəhərdə sülhün, ədalətin və inkişafın tərəfdarı kimi çıxış etməsi - bu, suverenliyin cəmiyyətlə tamamlanması deməkdir. Xankəndi Forumu yalnız bir tədbir deyildi – bu, vətəndaş cəmiyyətinin dövlətlə bir səngərdə dayanmasının, xalq iradəsinin və milli birliyin qələbəsinin rəmzi idi.

Forumda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev elə məhz bu məqama – QHT-lərin birliyinə xüsusi diqqət ayırdı. O, öz çıxışında 2022-ci ilin dekabr ayında Azərbaycan QHT-lərinin Şuşada Xankəndi–Laçın yolunda 138 gün davam etdirdiyi etiraz aksiyası zamanı hər günün mübarizə, həmrəylik və vətənpərvərlik ruhunda keçməsini diqqətə çatdırdı.

Xankəndidə keçirilən Forumun ruhu təkcə Qarabağla məhdudlaşmadı, o, bütöv Türk dünyasının yaddaşına da səsləndi. Çünki bu gün Kərkükdə türkmənlərin milli-mədəni varlığını qorumaq uğrunda apardığı mübarizə ilə Xankəndidə vətəndaş cəmiyyətinin səsləndirdiyi iradə arasında dərin bir paralellik var. Hər iki məkan tarixi kimlik uğrunda mübarizənin, köklərə sədaqətin və milli iradənin simvoludur. Forum çərçivəsində təşkil olunmuş “Türkmən irsi – tarixi köklərə sədaqət” paneli də bu məqamı xüsusi vurğuladı.

Çıxışlarda türkmənlərin tarixi köklərinin qorunması, Kərkükdə milli kimliyin saxlanması və Azərbaycan–türkmən əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürüldü.

“Əminəm ki, QHT-lərin Xankəndi Forumu timsalında son illər Azərbaycanın moderatorluğu ilə başladılan bütün təşəbbüslərin, göstərilən bütün səylərin məntiqi nəticəsi olaraq biz birlikdə daha da güclənəcək və dünyanın dörd bir yanına səsimizi çatdıracağıq”, - deyə U.Mirzəyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı