QHT NÖVBƏTİ LAYİHƏNİ BAŞA ÇATDIRMIŞDIR
Mərkəzin başçısı Pərvin Məmmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu iş maarifçilik məqsədi daşımışdır. QHT-nin nümayəndələri Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə bir neçə doğum evinə getmiş, burada ana südü ilə qidalanmanın uşağın ümumi fiziki inkişafı ilə birbaşa əlaqədar olması barədə zahı qadınlar arasında izahat işi aparmışlar. Xüsusi vurğulanmışdır ki, gənc valideynlərin bu və ya digər səbəblərə görə istifadə etdikləri müxtəlif uşaq qidaları ana südünün əvəzini heç vaxt verə bilməz.
Onun sözlərinə görə, mərkəz bilik səviyyəsini artırmaq məqsədi ilə öz əməkdaşları üçün məşğələlər də təşkil edir. İnsan hüquqlarına dair məşğələlər başa çatandan sonra onun iştirakçılarına sertifikat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]