QHT sədri: Aksiyada təbii resurslarımızın talanmasına qarşı tələblərimizi irəli sürürük
Şuşa, 18 dekabr, Elmir Səftərov, AZƏRTAC
Aksiyamız bir həftədir ki, davam edir. Dinc aksiyada iştirak edən vətəndaşlarımız ərazidə toplaşaraq iradə və əzm nümayiş etdirirlər.
Bu fikri AZƏRTAC-a müsahibəsində “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
QHT sədri bildirib ki, Xankəndi və Ağdərədə təbii resurslarımızın talanmasına qarşı tələblərimizi irəli sürürük. Nə qədər ki, istədiklərimiz həyata keçməyib, aksiya bir o qədər davam edəcək və daha çox insan bizə qoşulacaq.
“Rusiya sülhməramlılarının komandanı ya bizimlə görüşməli, ya da ərazilərimizdə müvafiq dövlət qurumlarımıza ekoloji monitorinq keçirməyə şərait yaradılmalıdır. Bizim tələblərimiz aydındır”,- deyə Eyyub Kərimli vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]