QİƏT ÖLKƏLƏRİ AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINA MARAQ GÖSTƏRİRLƏR
İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əli Əlirzayev və Şaitdin Əliyev iştirak etmişlər. Əli Əlirzayev AZƏRTAC-ın müxbirinə demişdir ki, toplantıda iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, bəzi ölkələrdə ayrı-ayrı üstün sahələrə sərmayə qoyuluşuna yardım məsələləri, ekoloji və enerji problemlərinin həlli yolları müzakirə olunmuşdur. Turizmin inkişafına xüsusi diqqət yetirilmişdir. Milli Məclisin deputatları Qərbin və Şərqin qovuşduğu Azərbaycanda turizmin perspektivləri, mövcud şərait, bu sahənin inkişafı üçün lazım olan zəruri şərtlər barədə ətraflı məlumat vermişlər. Üzv dövlətlərin nümayəndələri ölkəmizdə turizmin inkişafına diqqət yetirəcəklərini bildirmişlər və sonda tövsiyə xarakterli qərarlar qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:25]
Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
- 30.09.2026 [12:46]
Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]