QİƏT PA-NIN YENİ NİZAMNAMƏSİ ÜZƏRİNDƏ İŞ BAŞA ÇATMAQ ÜZRƏDİR
Milli Məclisin QİƏT PA-dakı nümayəndə heyətinin başçısı Asəf Hacıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Baş Assambleyanın 2002-ci ildə Tbilisidə keçirilən iclasında yaranmış gərginlik bu günə qədər davam edir. Nümayəndə heyətlərinin rəhbərləri problemi həll etmək üçün nizamnaməyə dəyişiklik olunması barədə qərar qəbul etmişlər. İşçi qrupu artıq bir neçə dəfə nizamnamənin yeni layihəsini müzakirəyə çıxarmışdır. Qurumun siyasi komitəsinin bu yaxınlarda Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək iclasında tamamlama işləri aparılacaqdır. Yeni sənəd təşkilata üzv dövlətlərin hamısının maraqlarını təmin edəcəkdir.
Baş Assambleyanın toplantısı isə bu ilin iyun ayında Sankt-Peterburqda olacaqdır. Amma çox güman ki, nizamnamə Baş Assambleyanın dekabr ayında Türkiyədə keçiriləcək iclasında təsdiq olunacaqdır. Yeni nizamnamənin təsdiqi təşkilatda sayca az nümayəndə heyəti ilə təmsil olunan ölkələrə də yüksək vəzifələrdə, eləcə də beynəlxalq katiblikdə yer almalarına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]