QIRĞIZISTAN DEPUTATLARI ÖLÜM CƏZASININ BƏRPASINI TƏKLİF EDİRLƏR
Deputat Əlişir Sabirov jurnalistlərə bildirmişdir ki, “qadağanın ləğv edilməsinə dair təklif deputat komissiyası cəzaçəkmə yerlərində vəziyyəti öyrəndikdən sonra hazırlanmışdır. Deputatların təklifi Prezidentə göndəriləcəkdir. O, müvafiq qərar qəbul etməlidir”.
Sabirovun sözlərinə görə, hazırda istintaq təcridxanalarında barəsində ölüm hökmü çıxarılan 150 məhkum saxlanılır və deputatlar belə qənaətə gəlmişlər ki, ayrı-ayrı hallarda onların haqqında ölüm cəzası tətbiq edilə bilər. O demişdir ki, Qırğızıstan Cinayət Məcəlləsi, Konstitusiyası xüsusilə ağır cinayətlərə görə ölüm cəzası haqqında hökmləri icra etməyə icazə verir.
Xatırladaq ki, Qırğızıstanda ölüm cəzasına qadağa 1998-ci ildə qoyulmuş və onun qüvvədə olması müddəti hər il uzadılmışdır. 2004-cü ilin dekabrında Prezident Əsgər Akayev qadağanın uzadılması haqqında növbəti qərar qəbul etmişdir. Onun müddəti dekabrın axırlarında başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]