Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkarlanıb
Bişkek, 27 iyun, АZƏRTAC
Qırğızıstan Hökuməti Aparatının 26 əməkdaşında koronavirus aşkar olunub.
AZƏRTAC bu ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, onların arasında Baş Nazirin müşavirlərindən biri Artyom Novikov və Hökumət sədrinin köməkçisi də var.
Hökumət Aparatının rəhbəri Taalaybek Temiraliyev bu şəxslərlə ünsiyyətdə olduğu üçün özünütəcrid rejimində işləyir. Hökumət Aparatında çalışan əməkdaşların əksəriyyəti həkim nəzarətində ev karantininə göndərilib.
Xatırladırıq ki, son sutka ərzində ölkədə rekord sayda - 309 şəxs koronavirusa yoluxub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]