Qırğızıstan parlamentarisi: İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir
Bakı, 22 yanvar, AZƏRTAC
İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir və bu məsələdə gənclərin sosial adaptasiyası mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva yanvarın 22-də TÜRKPA üzvü olan parlamentlərin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gənclərə daha gözəl və sağlam həyat təqdim etmək istəyiriksə, onların gələcəyinə investisiya qoymalıyıq. Bunun üçün təbiətə daha az mənfi təsir göstərən vasitələrdən istifadə etmək, eləcə də cəmiyyətə zərərli təsir göstərən halların qarşısını almaq vacibdir.
Vinera Raimbaçayeva bu cür əhəmiyyətli tədbiri təşkil etdiyinə görə Azərbaycana minnətdarlığını da ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]