Qırğızıstanda koronavirusa yoluxanların sayı 61 minə çatıb
Bişkek, 4 noyabr, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı yenidən artıb. Dünən yoluxma sayı 400 olmuşdursa, bu gün 596-ya çatıb. Beləliklə pandemiya dövründə koronavirusa yoluxanların sayı 60 min 774 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada 527, ümumiyyətlə isə 51 min 815 xəstə sağalaraq evə buraxılıb.
Son gündə koronavirusdan 4 nəfər həyatını itirib, ölənlərin ümumi sayı 1163 nəfərdir.
Xəstəxanalarda 3 min 437, ambulator şəraitində 3 min 771 pasiyentin müalicə olunduğu bildirilir.
Qeyd edilir ki, son 24 saatda 7, pandemiya dövründə isə 3 min 631 tibb işçisi COVID-19-a yoluxub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]