QIRĞIZISTANDA MƏMURLAR ANTİKORRUPSİYA PROQRAMINI POZURLAR
AZƏRTAC-ın müxbiri Bişkekdən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Əsgər Akayev fevralın 7-də Nazirlər Kabinetinin iclasında bildirmişdir. O demişdir ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul edilmiş qərarların icrası məmurların məsuliyyətsizliyi üzündən pozulur. Onun fikrincə, korrupsiya ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etmişdir. Qırğızıstanda baş verən hər 13 cinayət hadisəsindən biri iqtisadiyyatla bağlıdır. Korrupsiya, xüsusilə, gömrük orqanlarında daha geniş miqyas almışdır. Nəticədə respublikaya milyonlarla dollar zərər dəyir.
Bununla əlaqədar, dövlət başçısı hüquq mühafizə və xəzinədarlıq orqanlarında islahatlar aparılmasının və ölkə iqtisadiyyatının 25 faizini əhatə edən gizli iqtisadiyyatın leqallaşdırılması işini sürətləndirməyin zəruriliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]