CƏMİYYƏT
QIRĞIZISTANDA YÜKSƏK VƏZİFƏLİ MİLİS İŞÇİSİ ÖLDÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdə ağır cinayət hadisəsi törədilmişdir. Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin rəisi Çılıbek Əliyev mayın 7-də axşam saat 19.30-da öz xidməti maşınında qətlə yetirilmişdir. 43 yaşlı Ç.Əliyevin bədənində 17 güllə yarası aşkar olunmuşdur. Ekspertiza müəyyən etmişdir ki, cinayətkarlar Ç.Əliyevi Kalaşnikov avtomatı ilə öldürmüşlər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bu, Qırğızıstanda ilin əvvəlindən bəri səkkizinci sifarişli ölüm hadisəsidir və son illərdə törədilmiş 25 belə qətlin üstü açılmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]