QIRĞIZISTANIN OŞ VİLAYƏTİNDƏ YERSÜRÜŞMƏSİNDƏN 33 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 26-da Qırğızıstanın Oş vilayətinin Qaynama Budalık kəndində yer sürüşməsi nəticəsində 20 ev torpaq altında qalmışdır. İlkin məlumata görə, 33 adam həlak olmuş, 20 nəfərə yaxın sakin isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Qırğızıstanın Ekologiya və Fövqəladə Hallar Nazirliyinin xilasedicilər dəstəsi artıq hadisə yerindədir. Onların bildirdiyinə görə, bu ərazidə 2 min kubmetr torpaq sürüşmüşdür.
Qırğızıstan prezidenti Əsgər Akayev həlak olanların qohumlarına başsağlığı vermişdir. Aprelin 27-də Qırğızıstan prezidenti və Baş nazir fəlakət zonasına gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]