Qız futbolçulardan ibarət iki yığmaya yeni baş məşqçilər təyin olunub
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarının məşqçi heyətində dəyişikliklər edilib.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, U-15 yığmasının baş məşqçisi vəzifəsinə Rövşən Qasımov təyin olunub. O, eyni zamanda qadınlardan ibarət əsas millidə köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Onun köməkçiləri Manə Mollayeva, qapıçılar üzrə məşqçi Günay İsmayılova olacaq. Hər iki mütəxəssis hazırda millinin üzvləridir. Eyni zamanda, U-15-in köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.
Qızlardan ibarət U-17 komandasının baş məşqçisi postuna isə Xanlar Əliyev gətirilib. O da qadınlardan ibarət Azərbaycan yığmasında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bundan başqa, Əli Muradov qızlardan ibarət U-15, U-17 və U-19 millilərində fitnes hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]