Qızıl medal qazanan güləşçi: Reytinq turniri mənim üçün dünya çempionatından fərqlənmirdi
Bakı, 13 yanvar, AZƏRTAC
“Yarışın gərgin keçməyinə baxmayaraq, finalda rəqibimdən üstün olub qalib gəldiyim üçün çox sevincliyəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.
77 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışda kifayət qədər güclü pəhləvanların mübarizə apardığını bildirib: “Bir-iki əsas güləşçidən başqa, demək olar ki, bütün güclü idmançılar bu yarışda iştirak edir. Ölkələri öz idmançılarını yarışa seçim üçün göndərib. Hər ölkədən iki-üç nəfər təmsil olunur. Ona görə də yarış mənim üçün çox ağır və çətin keçdi. Görüşlərin hər biri xüsusi önəm daşıyırdı. Buna baxmayaraq, beş rəqibimə də qalib gəlib çempion oldum”.
28 yaşlı güləşçi bu yarışın onun üçün dünya çempionatından fərqlənmədiyini söyləyib: “İlin ilk yarışı olduğu üçün məsuliyyət böyük idi. Artıq növbəti turnirlərə köklənmək lazımdır. Əsas hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarından da uğurlu nəticə ilə qayıtmaqdır”.
Qeyd edək ki, Azərbaycan güləşçiləri reytinq turnirində indiyədək bir qızıl, dörd bürünc olmaqla ümumilikdə beş medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]