Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Azərbaycan: həmrəylik, dövlətçilik və milli kimlik ŞƏRH

Qlobal Azərbaycan: həmrəylik, dövlətçilik və milli kimlik  ŞƏRH

Bakı, 30 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, milli birliyi və qlobal miqyasda azərbaycançılıq məfkurəsinin gücünü ifadə edən mühüm ictimai-siyasi hadisədir. Bu günün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycan xalqının tarixi yaddaşını, milli kimliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar bir ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid mənbəyi kimi xüsusi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və həmrəyliyini milli dövlətçiliyin əsas dayaqlarından biri kimi qiymətləndirərək vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən başlıca amil müstəqil, suveren Azərbaycan dövlətidir. Onun fikrincə, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan dövlətçiliyinə, ana dilinə, dininə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri prinsiplərə hörmət üzərində qurulmalı və daim qorunmalıdır. Bu yanaşma azərbaycançılıq məfkurəsinin ideoloji əsasını təşkil edərək diasporun milli varlığının yaşadılmasında mühüm rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi kökləri 1991-ci ilin dekabrına gedib çıxır. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu təşəbbüs qısa müddət sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qanuniləşdirilib. Beləliklə, 31 dekabr bütün dünya azərbaycanlıları üçün rəsmi bayram statusu alıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, bu qərar sovet imperiyasının süqutu fonunda milli özünüdərkin güclənməsi və xalqın birliyə can atmasının siyasi ifadəsi idi: “Həmrəylik Gününün formalaşmasında Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların 1989-1990-cı illərdə sərhədlərə doğru yürüşü və süni maneələrin dağıdılması mühüm simvolik məna kəsb edir. Uzun illər ayrı düşmüş Şimali və Cənubi Azərbaycanın birləşmək arzusu həmin hadisələrdə açıq şəkildə ifadə olundu və bu proses azərbaycanlıların bir millət olduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Həmrəylik Günü məhz bu birləşmək iradəsinin, milli birliyin və tarixi ədalətə inamın rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı kimi xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların problemləri ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün strateji tövsiyələr verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və özünüdərk simvoluna çevrilib. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə xaricdə yaşayan azərbaycanlıların milli mənlik şüurunun güclənməsində və diaspor fəaliyyətinin institusional əsaslarının formalaşmasında yeni mərhələnin başlanğıcı oldu. Qurultaydan sonra qəbul edilən qərarlar və yaradılan dövlət qurumları dünya azərbaycanlıları ilə əlaqələrin sistemli şəkildə inkişafına imkan yaratdı. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirərək diaspor siyasətini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına, milli maraqların qorunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir. Bu siyasi iradə diasporun vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmasına güclü stimul verib”.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının Qurultayları diaspor hərəkatının inkişafında mühüm rol oynayıb: “Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı tarixi əhəmiyyətə malikdir. Bu qurultay Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbənin, milli birliyin və güclü dövlətçilik iradəsinin parlaq təcəssümü oldu. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərə sədaqəti möhkəmləndirən mühüm platformadır. Azərbaycan diasporu yaşadığı ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına, dövlətimizin maraqlarının qorunmasına və milli irsimizin nəsildən-nəslə ötürülməsinə mühüm töhfələr verir. Həmrəylik Günü bu baxımdan yalnız bayram deyil, qlobal miqyasda azərbaycançılıq ideyasının yaşadılması və gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyan milli birlik manifestidir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO