Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal çağırışlar fonunda İslam həmrəyliyi: Azərbaycanın İƏT diplomatiyasında yeni sinerji Məqalə

Qlobal çağırışlar fonunda İslam həmrəyliyi: Azərbaycanın İƏT diplomatiyasında yeni sinerji Məqalə

Bakı, 29 iyun, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi ciddi transmilli təhdidlər, iqtisadi parçalanmalar və geosiyasi konfiqurasiyaların yenidən formalaşdığı mürəkkəb bir mərhələdən keçir. Belə bir şəraitdə beynəlxalq platformalarda regional və qlobal güc mərkəzləri ilə balanslaşdırılmış, həmçinin milli maraqlara söykənən strateji tərəfdaşlıq əlaqələrinin qurulması xarici siyasətin imperativinə çevrilir. Azərbaycanın xarici siyasət strategiyasında İslam dünyası, xüsusilə də onun ali siyasi təsisatı olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlər hər zaman prioritet istiqamətlərdən biri olub. 2026-cı ilin iyun ayı Bakının İƏT məkanında yürütdüyü aktiv diplomatiyanın, sadəcə, ənənəvi mənəvi həmrəyliyə deyil, həm də konkret geoiqtisadi dividendlərə və parlamentarizm müstəvisində yeni bir sinerjiyə əsaslandığını əyani şəkildə nümayiş etdirdi.

Bu fikirlər şərqşünas, tədqiqatçı Rasim Abdullanın “Qlobal çağırışlar fonunda İslam həmrəyliyi: Azərbaycanın İƏT diplomatiyasında yeni sinerji” sərlövhəli məqaləsində əksini tapıb. AZƏRTAC həmin məqaləni təqdim edir:

“Azərbaycanın İƏT ilə əlaqələrinin xronologiyasına nəzər saldıqda, bu platformanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində mühüm siyasi tribuna rolunu oynadığını görmək mümkündür. Keçmiş münaqişə dövründə təşkilatın qəbul etdiyi ədalətli qətnamələr və nümayiş etdirdiyi qətiyyətli mövqe İslam həmrəyliyinin bariz nümunəsi idi. Lakin postmünaqişə dövründə bu münasibətlər keyfiyyətcə yeni bir fazaya qədəm qoyub. Bu gün Azərbaycan İƏT daxilində yalnız dəstək alan deyil, həm də təşkilatın gələcək gündəliyini formalaşdıran, investisiya cəlbediciliyini artıran və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə üzv dövlətlər arasında logistik bağları gücləndirən strateji qovşaq rolunda çıxış edir. Rəsmi Bakının təşəbbüsləri İslam dünyasında rəqəmsal iqtisadiyyat, dayanıqlı infrastruktur və yaşıl enerji keçidi kimi qlobal çağırışlara tam uyğunlaşdırılıb.

Bu kontekstdə 2026-cı il iyunun 16-19-da Bakının ev sahibliyi etdiyi İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları Azərbaycanın İslam dünyasının maliyyə-iqtisadi arxitekturasında oynadığı aparıcı rolu rəsmiləşdirdi. “Dayanıqlı Rifah naminə Regional İnteqrasiya" devizi altında keçirilən və 78 ölkədən 4400-dən çox nümayəndəni birləşdirən bu qlobal forum, sadəcə, müzakirə platforması olmadı, konkret rəqəmsal və infrastruktur nəticələrlə yadda qaldı. Toplantının yekunu olaraq 6 milyard ABŞ dolları dəyərində ümumi maliyyələşdirmə sazişlərinin imzalanması İslam dünyasındakı kapitalın real sektora yönəldilməsi baxımından tarixi mərhələdir.

Toplantılar çərçivəsində Prezident İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna üzv təsisatların rəhbərlərindən və ərəb ölkələrinin maliyyə nazirlərindən ibarət yüksəksəviyyəli nümayəndə heyətini qəbul etdi. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi güclü iqtisadiyyata malik Körfəz ölkələrinin təmsil olunduğu bu Qrup nümayəndələri ilə danışıqlarda Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi, xüsusilə su idarəçiliyi, avtomobil və dəmir yolları infrastrukturunda birgə layihələrin reallaşdırılması imkanları araşdırıldı. Məhz bu səmərəli danışıqların nəticəsi olaraq ümumilikdə Abşeron yarımadası və Sumqayıt şəhəri kimi mühüm sənaye zonalarını əhatə edən geniş bir ərazidə su təchizatı, tullantı sutəmizləyici və kanalizasiya sistemlərinin tikintisi layihələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair əhəmiyyətli sazişlər imzalandı.

Azərbaycan üçün bu qlobal tədbirin ən strateji nəticəsi isə şübhəsiz ki, İİB ilə ölkəmiz arasında imzalanan 436 milyon dollarlıq maliyyə sazişi oldu. Bu vəsait birbaşa olaraq Qarabağ suvarma kanalının yenidən qurulması layihəsinə yönəldiləcək. Bu saziş rəsmi Bakının Qarabağ və Şərqi Zəngəzurda apardığı yaşıl enerji və dayanıqlı kənd təsərrüfatı strategiyasının İslam dünyasının ən böyük maliyyə institutu tərəfindən birbaşa dəstəklənməsidir. İİB-in bu addımı digər 57 üzv ölkənin özəl sektor investisiyaları üçün həm də etibarlı bir hüquqi və iqtisadi presedent rolunu oynayır.

Maliyyə forumunun ardınca, 2026-cı il iyunun 24-25-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının (İƏT PA) 20-ci Sessiyası rəsmi Bakının çoxvektorlu diplomatiyasını qanunvericilik səviyyəsinə daşıdı. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, o cümlədən 10-dan çox spikerin iştirak etdiyi "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olunmuş bu yubiley sessiyası sırf siyasi bəyanatlardan uzaq, iqtisadi inteqrasiyanın hüquqi bazasının qurulmasına yönəldi. Milli Məclisin sədrliyi dövrünə təsadüf edən bu sessiyanın yekununda qəbul edilən Bakı Bəyannaməsi strateji əhəmiyyətə malikdir. Sənəddə üzv ölkələr arasında qarşılıqlı gömrük və tarif prosedurlarının sadələşdirilməsi üçün parlament dəstəyinin verilməsi, eləcə də Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub layihələrinə birbaşa dəstək olan təhlükəsiz, dayanıqlı və inteqrasiya olunmuş tranzit-logistika dəhlizlərinin inkişafı xüsusi əksini tapıb. Bakı Bəyannaməsi göstərir ki, Azərbaycan İƏT məkanında parlamentarizm müstəvisini regional iqtisadi dəhlizlərin qorunması və inkişafı üçün effektiv mexanizmə çevirir.

İyun ayında Bakıda keçirilən bu iki irimiqyaslı tədbir Azərbaycanın İƏT-in qarşıdan gələn Zirvə Görüşünə doğru böyük diplomatik kapital topladığını göstərir. Gələcək Liderlər Sammiti fonunda proqnozlaşdırılan strateji xətt ölkəmizin mövqeyini daha da gücləndirəcək. İlk növbədə, Bakıda İİB ilə imzalanan Qarabağ layihəsi gələcək Zirvə Görüşündə Azərbaycanın postmünaqişə dövründəki reabilitasiya modelini ("Ağıllı şəhər"/yaşıl zona) bütün İslam dünyasına uğurlu bir nümunə kimi təqdim etməyə imkan verəcək. Eyni zamanda, Bakı Bəyannaməsində nəqliyyat koridorları ilə bağlı əks olunan mütərəqqi müddəaların Sammitin rəsmi qətnamələrinə çevrilməsi ehtimalı olduqca yüksəkdir ki, bu da Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinə 57 İslam ölkəsinin kollektiv geosiyasi dəstəyini təmin edə bilər. Digər bir mühüm gözlənti isə mərkəzi qərargahı Bakıda yerləşən İƏT Əmək Mərkəzinin tam strateji yol xəritəsinin bu Sammitdə təsdiqlənməsidir. Bu addım Azərbaycana İslam dünyasında insan kapitalının idarə olunması və sosial layihələrin koordinasiyasında rəsmi moderator statusu qazandıracaq.

Qlobal çağırışların, iqtisadi və siyasi kataklizmlərin artdığı müasir dövrdə Bakıda reallaşan bu diplomatik və iqtisadi marafon sübut etdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında artıq, sadəcə, prosesləri müşahidə edən və ya birtərəfli siyasi dəstək alan tərəf deyil. Konkret 6 milyardlıq qlobal sazişlər, Qarabağın bərpasına yönələn 436 milyonluq layihə, Abşeron yarımadası və Sumqayıt şəhərində su sistemləri üzrə sazişlər və ən nəhayət qəbul edilən ortaq Bakı Bəyannaməsi ölkəmizin həm maliyyə, həm logistika, həm də qanunvericilik müstəvisində İslam dünyasını birləşdirən strateji güc mərkəzi olduğunu təsdiqləyir. Qarşıdan gələn İƏT Zirvə Görüşü isə Azərbaycanın bu regional liderliyinin və yeni əməkdaşlıq sinerjisinin qlobal səviyyədə rəsmiləşəcəyi növbəti mərhələ olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb