CƏMİYYƏT
Qlobal Fondun layihələri ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir
![Qlobal Fondun layihələri ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir](/files/2023/2/1200x630/16867544785756750132_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi missiya ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edən səhiyyə naziri Teymur Musayev bildirib: “2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir. Son zamanlar Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri əməkdaşlığımızın inkişafına böyük dəstəkdir”.
Sonda səhiyyə naziri rəhbərlik etdiyi qurum ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Qlobal Fondun missiya rəhbəri Azərbaycanın AIDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirərək göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Olqa Avdeyeva son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələri uğurla icra etdiyini vurğulayıb.