“QLOBALLAŞMA DÖVRÜNDƏ BƏLƏDİYYƏLƏR” MÖVZUSUNDABEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarın təşkilindən əsas məqsəd yerli özünüidaretmə sahəsində Avropa ölkələrinin, əsasən də Almaniya Federativ Respublikasının qazandığı təcrübənin Azərbaycanda tətbiqi perspektivləri və qarşılıqlı təcrübə mübadiləsi idi.
Tədbirdə “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, “Konrad Adenauer” fondunun Mərkəzi Asiya, Qazaxıstan və Qafqaz regionu üzrə nümayəndəsi Tomas Kunse və “Xəzər - Gələcək naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı”nın prezidenti Rüstəm Məmmədov yerli özünüidarəetmə sahəsində Almaniya təcrübəsindən yararlanmağın faydalı olacağını qeyd etmişlər. Seminarda Almaniyanın Leypsiq şəhərinin oberbürqomistrinin müavini Qvido Şenebom “Keçid dövründə yerli özünüidarələr” və Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Azərbaycanda yerli özünüidarə: problemlər və perspektivlər” mövzularında məruzə etmişlər. Məruzələrdən sonra ölkəmizin bir çox bələdiyyələrinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmışdır.