“QLOBALLAŞMA VƏ MÜASİR GƏNCLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarından 250-yə yaxın gəncin iştirak etdiyi tədbirdə idarənin rəisi Məmmədhüseyn Dadaşov çıxış edərək, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin təhsilə yiyələnmək imkanlarından, məşğulluğunun təmin olunmasından, onların bir çox sahələrdə həyata keçirilən layihə və proqramlarda sərbəst iştirakından və öz bacarıqlarını nümayiş etdirmələrindən danışmışdır.
Bununla yanaşı, gənclər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən, spirtli içkilərdən istifadə, cinayət törətmə və QİÇS-ə yoluxma hallarının mövcud olduğunu qeyd edən M.Dadaşov bildirmişdir ki, bu problemlər cəmiyyəti daim düşündürür və narahat edir.
Konfransda iştirak edən Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və icra hakimiyyətlərinin nümayəndələri gəncləri maraqlandıran sualları cavablandırmışlar.