QMİ rəsmisi: Dövlətimizin Qarabağ ermənilərinə münasibəti Ermənistandan və Fransadan fərqimizi göstərir
Bakı, 29 sentyabr, AZƏRTAC
Fransada əlcəzairli insanların kəllə sümüklərindən ibarət kolleksiya nümayiş olunur. Bu da Fransanın dünyaya təqdim etdiyi siyasətində demokratiyadan əsər-əlamət olmadığını sübuta yetirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev "Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda keçirilən konfransda söyləyib.
O bildirib ki, Qubada ermənilər tərəfindən törədilən soyqırımı nəticəsində müsəlmanlar, yəhudilər, xristianlar və digər dinlərin, millətlərin nümayəndələri vəhşicəsinə öldürülüb.
"Bu gün Azərbaycan dövlətinin Qarabağı tərk edən ermənilərə göstərdiyi münasibət göz qabağındadır. Azərbaycan polisi, hüquq-mühafizə orqanları ermənilərə yardım edir, heç bir problem yaratmırlar. Amma biz Birinci Qarabağ müharibəsi zamanı vətəndaşlarımıza qarşı ermənilər tərəfindən törədilən soyqırımını xatırlayırıq. Bu da Azərbaycan dövlətinin Ermənistandan, Fransadan və digər ölkələrdən fərqini göstərir",- deyə Fuad Nurullayev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]