“Qobustan mənzərələri” adlı tədbir təşkil olunub
Bakı, 10 mart, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qobustan mənzərələri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qobustan Milli Tarix - Bədii Qoruğunun və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində təşkil edilib.
Layihə çərçivəsində bütün yaş kateqoriyalarını əhatə edən bir qrup rəssam Qobustan Milli Tarix - Bədii Qoruğuna səfər edərək tarixi abidələrlə yerində tanış olublar. Sonra iştirakçılar Qobustan abidələrinin etüdlərini işləyiblər.
Etüddə iştirak edən rəssamlara Qobustan Milli Tarix-Bədii Qoruğunun diplomları təqdim olunub.