QORUQDA MÜAYİNƏLƏR APARILIR
Türyançay Dövlət Qoruğundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aparılan son müayinələrin nəticəsinə görə, qoruğun fauna və florasında yoluxucu xəstəlik qeydə alınmamışdır. 22 min 488 hektar sahəsi olan qoruqda 11 növ məməli heyvan, 95 növ quş, 864 növ bitki mövcuddur.