ORDU
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Bakı, 27 aprel, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan Respublikasının Goranboy rayonunun Zeyvə kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Piter Svedberq nəzarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.05.2024 [18:35]
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
- 05.05.2024 [16:32]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 05.05.2024 [12:57]