QRAN-PRİ TURNİRİNİN 5-Cİ TURU “SÜLH TURU” OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakıda FİDE-nin Qran-Pri turnirinin aprelin 25-də keçirilən 5-ci turunda Azərbaycan şahmatçıları Vüqar Həşimov və Şəhriyar Məmmədyarov üz-üzə gəlmişlər.
Oyunda üstünlük qazana bilməyən rəqiblər 26-cı gedişdə “sülh” bağlamışlar. Daha bir şahmatçımız - Teymur Rəcəbov ağ fiqurlarla Rusiya nümayəndəsi Ernesto İnarkiyevi sınağa çəkmişdir. Bu görüş də heç-heçə başa çatmışdır.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: David Navara - Etyen Bakro 0,5:0,5, Aleksandr Qrişuk - Maykl Adams 0,5:0,5, Sergey Koryagin - Vanq Yu 0:1, İvan Çeparinov - Peter Svidler 0,5:0,5 Maqnus Karlsen - Qata Kamski 0,5:0,5.
Beş turdan sonra turnirdə ikihakimiyyətlik yaranmışdır. Yarış cədvəlinə 3,5 xalla Aleksandr Qrişuk və Vanq Yu başçılıq edirlər.
Aprelin 26-sı turnirdə istirahət günüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]